Məktəbliər arasında “Azərbaycan Eko-Olimpiadası” layihəsinə start verilir.
Bu məqsədlə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək “Azərbaycan Eko-Olimpiadası” layihəsi Bakı şəhərindəki məktəblərdə təşkil olunacaq.
- Date: 15 October 2026, Thursday
- Time: 00:00
- Location: In person
- Price: Free
🌿 Məktəbliər arasında “Azərbaycan Eko-Olimpiadası” layihəsinə start verilir.
Təbiətin qorunması kiçik addımlardan, ekoloji şüurun formalaşması isə düzgün məlumat və bilikdən başlayır. ☘️
Bu məqsədlə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək “Azərbaycan Eko-Olimpiadası” layihəsi Bakı şəhərindəki məktəblərdə təşkil olunacaq. ✨
Layihənin əsas məqsədi 11-ci sinif şagirdlərinin ekoloji biliklərini artırmaq, ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirməni gücləndirmək və gənclərdə ekoloji məsuliyyət hissini formalaşdırmaqdır.
🏆 Eko-Olimpiadanın sonunda uğurlu nəticə göstərən qalib komandalara xüsusi hədiyyələr və sertifikatlar təqdim olunacaq.
✅ Kimlər iştirak edə bilər?
Layihədə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin 11-ci sinif şagirdləri iştirak edə bilərlər. İştirak üçün 4 nəfərdən ibarət komandalarla müraciət edən şagirdlərə üstünlük veriləcək.
💚 Unutma, təbiəti qorumaq gələcəyimizi qorumaqdır! Sən də biliklərinlə fərq yarat, ideyalarını real həll yollarına çevir və Azərbaycanın daha yaşıl gələcəyinin qurulmasına öz töhfəni ver!
🌱 Layihə rəhbəri: Gülgün Şəfiyeva
🔗 Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSdb_jiJoAdK9chF5vvcGWNsz5xrbiNxPomcdfzHudyus4K6gw/viewform
Details
- Registration until
- 31 October, 00:00
Other events
Training · In person
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 9-cu dalğa
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 9-cu dalğa
Training · In person
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Sertifikatlı Təlim
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən təqdim olunan Beynəlxalq Sertifikatlı Təlim proqramı ilə əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində bilik və bacarıqlarınızı təkmilləşdirin!
Training · In person
“Qürur rəngləri” kvest oyunu
Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunacaq “Qürur rəngləri” kvest oyunu gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, dövlət rəmzlərimizə hörmət və bağlılığın gücləndirilməsi, milli kimliyin və vətənpərvərlik ruhunun təşviqi məqsədi daşıyır.