"YOL. Dövlət: Ənənə və Transformasiya"layihəsinə qeydiyyat başladı.
Layihə çərçivəsində 30 gəncin iştirakı ilə Azərbaycanın dövlətçilik ənənələri və gələcək inkişaf perspektivlərinə dair müzakirələrin keçirilməsi nəzərdə tutulur.
- Автор: Zeynəb Mehrəlizadə
- Опубликовано: 30 октября 2026
- Просмотры: 3 просмотра
- Комментарии: 0 комментариев
Bəzən ən maraqlı müzakirələr yolun özündə başlayır!
Gənclər və İdman Nazirliyi yeni layihəyə start verir. “YOL. Dövlət: Ənənə və Transformasiya” layihəsi gəncləri Azərbaycanın dövlətçilik ənənələrini və tarixi təcrübəsini öyrənməyə, gələcək inkişaf perspektivləri ətrafında düşünməyə və fikir mübadiləsi aparmağa dəvət edir.
Layihə çərçivəsində seçiləcək 30 gənc Bakıdan qatarla yola çıxacaq. Səfər zamanı azərbaycançılıq, Azərbaycan tarixi və dövlətçiliyi, iqtisadiyyat, neft-qaz strategiyası və insan kapitalı, Zəfər tarixindən başlayan yeni mərhələ, eləcə də ideoloji təsirlər mövzularında nüfuzlu ekspertlərlə görüşlər, müzakirələr və interaktiv təlimlər təşkil olunacaq. İştirakçılar həmçinin görüşlərə interaktiv hazırlıq prosesində və əldə olunan biliklərin təhlilinə həsr olunmuş “emal laboratoriyası”nda iştirak edəcəklər.
Qəbələ, Gəncə və Qazaxda keçiriləcək “magisterium”larda yerli gənclər də dinləmələrə qoşula biləcəklər.
📍 Marşrutlar:
Bakı – Qəbələ – Bakı
Bakı – Gəncə – Bakı
Bakı – Qazax – Bakı
📅 Layihənin icra müddəti: 15 oktyabr – 31 dekabr 2026-cı il
🔗 Qeydiyyat linki: https://gencler.az/events/yol2026
📝 Son qeydiyyat tarixi: 10 noyabr 2026-cı il, saat 18:00
YOL – yaddaşı itirməmək, var olmaq və ləyaqətlə yaşamaqdır.
#AZEyouth #AzərbaycanGəncləri #birkimibirlikdə #Yol2026
Похожие публикации
Копирование этого материала ограничено
0 комментариев
Комментариев пока нет. Станьте первым, кто поделится мнением.
Войдите, чтобы присоединиться к обсуждению.
Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.