Перейти к содержимому
inkishaf.az
Срок подачи заявок на эту возможность истёк.
Стипендии Опубликовано 13 октября 2026

“Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsinə start verilir!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsi həyata keçiriləcək.

  • Дедлайн: 18 октября 2026
  • Страна: Azərbaycan
  • Финансирование: Участие бесплатное
“Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsinə start verilir!

“Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsinə start verilir! 🚀

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsi həyata keçiriləcək.

Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması, sahibkarlıq fəaliyyətində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların gələcək biznes fəaliyyətlərində düzgün maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır. Layihə müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar və nümunələr vasitəsilə maliyyə idarəetməsi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Layihə çərçivəsində siz:

• Maliyyə savadlılığı və şəxsi maliyyənin idarə edilməsi;

• ⁠Sahibkarlıq fəaliyyətində maliyyə planlaşdırılması və büdcənin hazırlanması;

• ⁠Gəlir, xərc və pul vəsaitlərinin hərəkətinin idarə olunması;

• ⁠Biznes fəaliyyətində maliyyə riskləri və düzgün maliyyə qərarlarının qəbulu;

• ⁠Sahibkarlıqda maliyyə resurslarından səmərəli istifadə və dayanıqlı biznesin qurulması mövzularında təlimlərdə iştirak edəcəksiniz.

Kimlər müraciət edə bilər?

• 16–29 yaş arası gənclər;

• Maliyyə sahəsinə marağı olanlar;

• Sahibkarlıq və biznes sahələrində bacarıqlarını inkişaf etdirmək istəyənlər.

🗓️ Son qeydiyyat tarixi: 18 oktyabr 2026-cı il, saat 18:00

Подробности

Формат
Очно
Организатор
ASAN Könüllüləri
Поделиться